Xalq Bank
Quba filialının KOS üzrə müştəri təmsilçisi
Son tarix 14 okt 2026 - Müraciət et
Təsvir
- Yeni korporativ müştərilər cəlb etmək;
- Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
- Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
- Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Daxili Nəzarət İdarəsinin Monitorinq şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Son tarix 14 okt 2026 - Müraciət et
Təsvir
- Sahibkarlıq subyektinin kredit sifarişində qeyd edilmiş fəaliyyət növü ilə məşğul olub-olmamasının yoxlanılması;
- Sahibkarlıq subyektini dövri olaraq yerində və ya məsafədən maliyyə monitorinqi edilməsi;
- Borcalanların vaxtı keçmiş borcu yarandıqda, növbədənkənar maliyyə monitorinqlərinin aparılması
- Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə edilməsinə nəzarət;
- Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və vəziyyətinin yoxlanılması.
Tələblər
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
- Bankda Monitorinq və ya Biznes Kreditləri sahəsində (KOS, Korporativ və ya Mikro) minimum 2 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə;
- Stressə davamlılıq, komandada işləmə bacarığı;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.













