2026-cı ilin ilk 6 ayında Azərbaycana xaricdən daxil olan pul baratlarının həcmi 738 milyon dollar təşkil edib.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
Beləliklə, pul baratları üzrə xalis daxilolmalar 531 milyon dollar təşkil edib.
Ölkəyə daxil olan pul baratlarının əsas mənbəyi Rusiya Federasiyası olub. Bu ölkədən Azərbaycana 356,7 milyon dollar pul baratı daxil olub ki, bu da ümumi həcmin 48,3%-ni təşkil edib.
Növbəti yerlərdə Türkiyə – 108,3 milyon dollar (14,7%), ABŞ – 46,5 milyon dollar (6,2%), İran – 42,9 milyon dollar (5,7%) və Gürcüstan – 25,5 milyon dollar (3,4%) qərarlaşıb.
Ölkədən xaricə göndərilən pul baratlarının əsas istiqamətləri isə Türkiyə, ABŞ, Rusiya Federasiyası və Gürcüstan olub.












