Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar balansında (CƏB) 4,7 milyard ABŞ dolları və yaxud ümumi daxili məhsulun (ÜDM) 12,4 %-i qədər profisit formalaşıb.
Faiz gəlirlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (30.06.2025/30.06.2026)
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
"Yanvar-iyun aylarında tədiyyə balansımız qlobal mühitdə baş verən proseslərdən çox təsirlənib. Dünyadakı əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət dəyişkənliyi bizim tədiyyə balansına birbaşa təsir edib. 6 ayda CƏB üzrə neft-qaz sektorunda 9 milyard ABŞ dolları profisit (1 il əvvələ nisbətən 24 % çox), qeyri-neft sektorunda isə 4,3 milyard ABŞ dolları kəsir yaranıb", - deyə AMB rəsmisi əlavə edib.












