Elm və Təhsil Nazirliyinin Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun keçirdiyi iki tenderlə bağlı rəqabət qanunvericiliyinin pozulması halları üzrə aparılan araşdırma yekunlaşıb.
TƏCİLİ: Ali Məhkəmə: Dövlət satınalmalarında qanunsuz müqavilələrə görə pul ödənilməyəcək
FED.az xəbər verir ki, söhbət İnstitutun Tender Komissiyasının “Elmi-tədqiqat xidmətləri üzrə təcrübə və təcrübə-sınaq xidmətlərinin” satın alınması məqsədilə açıq tender metodu ilə keçirdiyi 106415 və 106626 nömrəli satınalma müsabiqələrindən gedir.
Araşdırma Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 33.1.12 və 33.1.19-cu maddələrində nəzərdə tutulan hallar üzrə aparılıb.
Məcəllənin 33.1.12-ci maddəsi dövlət satınalmaları sahəsində normativ hüquqi aktlara zidd olaraq müəyyən təsərrüfat subyekti üçün üstün şərait yaradılmasını rəqabəti məhdudlaşdıran hərəkətlər sırasına daxil edir.
Məcəllənin 33.1.19-cu maddəsi isə rəqabətin məhdudlaşdırılmasına səbəb olan və ya ola bilən digər qanunsuz hərəkətləri və hərəkətsizliyi nəzərdə tutur.
Araşdırmanın yekununda Neft-Kimya Prosesləri İnstitutuna dövlət satınalmalarının həyata keçirilməsi zamanı Rəqabət Məcəlləsinin tələblərinin pozulmasına yol verilməməsi ilə bağlı göstəriş verilib.
Göstərişə əsasən, satınalmalar üzrə şərtlər toplusuna məlumatların “Dövlət satınalmaları haqqında” qanunvericilikdə nəzərdə tutulmuş qaydada daxil edilməsi və həmin sənədlərin qanunvericiliyə uyğun tərtib olunması təmin edilməlidir.













