"Kredit Servis" bank olmayan kredit təşkilatı (BOKT) MMC nizamnamə kapitalını azaltdığını elan edib.
Azərbaycan BOKT-ları 2025-ci ili belə başa vurdular - MƏNFƏƏT / ZƏRƏR – SİYAHI, MƏBLƏĞLƏR (2025)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, BOKT-un nizamnamə kapitalı azaldılaraq 1 milyon 32 min 934 manat olub. Yəni nizamnamə kapitalı 250 min manat azaldılıb. Bu azalmaya qədər BOKT-un nizamnamə kapitalı 1 milyon 282 min 934 manat idi.
Qeyd edək ki, kredit təşkilatı ötən ili 203 min 17 manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü ilə nəzərən 138 min 938 manat və ya 3,2 dəfə çoxdur. 2024-cü ildə BOKT-un mənfəəti 64 min 85 manat idi.
Məlumat üçün bildirək ki, "Kredit Servis" BOKT 2011-ci ildə VÖEN alıb. Şirkətin qanuni təmsilçisi Süleymanov Teymur Şəkərəli oğlu, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev.26, məhəllə 1956-1989 m.9 ünvanıdır.














