"Azercell Telekom" MMC danışıq kartlarının istifadə müddətini və internet paketlərinin qiymətini dəyişir.
FED.az xəbər verir ki, şirkət tərəfindən tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
- 19 iyun 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrənin balansında mövcud tarif paketinin aylıq abunə haqqını ödəmək üçün kifayət qədər vəsait olarsa, nömrənin istifadə müddətindən asılı olmayaraq həmin vəsait balansdan tutulacaq və nömrənin xətti tarif paketinin istifadə müddətinə uyğun olaraq ikitərəfli açıq saxlanılacaq. Bu hal növbəti ayda da balans kifayət etdikdə avtomatik tutulacaq. Əgər nömrənin balansında kifayət qədər vəsait olmazsa, nömrənin xətti birtərəfli bağlanacaq, danışıq kartının nominalına və yüklənmə müddətinə uyğun olaraq istifadə müddəti ilə bağlı şərtlər tətbiq etməklə xidmətlərdən istifadə imkanı yaradılacaq. Bu dəyişiklik abunəçilərə ödəmə kartının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti + 90 gün ilə bağlı tələb nəzərə alınmadan nömrənin balansıa kifayət qədər vəsait olduqda aylıq abunə haqqı ödəməklə nömrədən istifadə imkanı verir.
- 01 iyul 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti aşağıdakı kimi təyin ediləcək:
Kartın nominalı (AZN ilə) |
İstifadə müddəti (təqvim günü) |
1 |
1 |
2 |
2 |
3 |
3 |
5 |
5 |
10 |
10 |
25 |
25 |
50 |
50 |
100 |
50 |
Bütün nominalı (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) ödəmə (danışıq) kartlarında yeni ödəmə kartının yükləmə müddəti ödəmə kartlarının nominalından asılı olaraq müəyyən edilən kartın istifadə müddəti +90 gün kimi saxlanılır. Beləliklə də, abunəçi bu müddət ərzində yeni ödəmə kartı yükləyib istifadə imkanını yeni müddətə artırmaqla, eyni zamanda həmin yeni müddət bitənədək həm daha əvvəl yüklənmiş və istifadə edilməmiş məbləğlərdən, həm də yeni yüklədiyi ödəmə kartının məbləğindən istifadə imkanına malik olacaq.
Göstərilənlərə əlavə olaraq, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin balansına elektron ödəmə üsulları ilə sərbəst seçilən nominalda pul vəsaitinin yüklənməsi imkanı təmin edilir. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş 1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN nominallarının əvəzinə, elektron ödəmə üsulları vasitəsilə həyata keçirilən ödənişlərə görə aşağıdakı cədvəldə göstərilən aralıqda məbləğlər və müvafiq istifadə müddətləri təyin edilir:
Ödəniş məbləğinin aralığı |
İstifadə müddəti (təqvim günü) |
1 AZN-dən - 1,99 AZN-dək |
1 |
2 AZN-dən - 2,99 AZN-dək |
2 |
3 AZN-dən - 4,99 AZN-dək |
3 |
5 AZN-dən - 9,99 AZN-dək |
5 |
10 AZN-dən - 24,99 AZN-dək |
10 |
25 AZN-dən - 49,99 AZN-dək |
25 |
50 AZN-dən - 99,99 AZN-dək |
50 |
100 AZN + |
50 |
-
01 iyul 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid "Azercellim", "Bölgə", "GəncSim", "Sadəcə", "GəncOL həftəlik", "GəncOL 6" və "GəncOL 9" tarif paketlərinə yeni qoşulmalar dayandırılacaq. Qeyd olunan tarixə kimi qoşulan abunəçilər cari abunəlik edilənə qədər müvafiq tarif paketlərindən ümumi əsaslarla istifadəyə davam edə biləcəklər.
-
"Azercell Telekom" MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 01 iyul 2025-ci il tarixindən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
Aylıq İnternet Paketlərinin adı və həcmi |
Qiyməti (ƏDV daxil, AZN) |
İstifadə müddəti |
6 GB |
12 |
28 gün |
12 GB |
19 |
28 gün |
30 GB |
29 |
28 gün |
Saatlıq İnternet Paketlərinin sürəti və qiyməti (ƏDV daxil, AZN) |
Qiymət (ƏDV daxil, AZN) |
İstifadə müddəti |
1 saatlıq (limitsiz sürət) |
0,99 |
1 saat |
3 saatlıq (limitsiz sürət) |
1,99 |
3 saat |
Aylıq İnternet Paketinin əvvəlki adı və həcmi |
Aylıq İnternet Paketinin yeni adı və həcmi |
Qiyməti (ƏDV daxil, AZN) |
İstifadə müddəti |
55 GB |
56 GB |
39 |
28 gün |
Günlük İnternet Paketlərin əvvəlki adı və həcmi |
Günlük İnternet Paketlərin yeni adı və həcmi |
Qiyməti (ƏDV daxil, AZN) |
İstifadə müddəti |
250 MB (yenilənən) |
350 MB (yenilənən) |
0,99 |
1 gün |
1000 MB (yenilənən) |
1.5 GB (yenilənən) |
1,99 |
1 gün |