30 iyun 2025-ci il tarixindən etibarən "Azercell Telekom" MMC-nin abunəçiləri üçün "Busuu" tətbiqi çərçivəsində təqdim edilən günlük xidmətdən istifadəyə görə 0,35 AZN xidmət haqqı müəyyən ediləcək.
FED.az xəbər verir ki, qiymət ƏDV daxil göstərilib.
Abunəçilər göstərilən dəyişikliklər, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə edə bilərlər.