FED.az xəbər verir ki, "Para BOKT" marketinq şöbəsinə - müdir və aparıcı mütəxəssis tələb olunur.
Eləcə də bax: "AzSığorta" işçi axtarır - VAKANSİYA
Vəzifəyə olan tələblər
• Ali təhsil;
• Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
• Hesabatın hazırlanması və yazışma bacarığı;
• Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
• Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
• Azərbaycan, Rus dilində sərbəst danışıq və yazışma bacarığı;
• Bu sahədə iki illik təcrübəyə malik olması;
Əsas vəzifələr
• Marketinq strategiyasını işləyib hazırlanmasında yaxından iştirak edir və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsinə nəzarət edir;
• Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparır, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirir;
• Məhsulu və xidmət yaradır və onun satış kanallarının müəyyən edir;
• Rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil edir və onu daima təkmilləşdirir;
• Satışın təşkili ilə bağlı öz təkliflərini verir;
• Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərir;
• Təşkilatın imicinin formalaşmasını təmin edən tədbirlər görür;
• Təşkilatın broşuralarının və illik hesabatının hazırlanması;
• Təşkilatın internet səhifəsində məlumatların yeniləşməsi qayğısına qalır;
• Təşkilatda keyfiyyətə nəzarət işini təşkil edir;
• Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə saıtş işçilərinin hazırlanması qayğısına qalır.
CV-ləri Marketinq şöbəsi – müdir / aparıcı mütəxəssis mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.