FED.az xəbər verir ki, AzSigorta ASC baş mühasib axtarır.
Eləcə də bax: Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
ƏMƏK FUNKSİYALARI
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
• Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
• Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
• Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir.
• Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
• Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir.
• Müştərilərdən köçürmə yolu ilə şirkətin hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir.
• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir.
• Fəaliyyəti ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır.
• Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.
• Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etməlidir.
• Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etməlidir.
• MBNP –na rüblük və illik hesabatların verilməsi.
• Vergi orqanlarına aylıq, rüblük və illik hesabatların verilməsi.
VƏZİFƏYƏ TƏLƏBLƏR
• Azərbaycan Respublikasının Sığorta Qanunvericiliyi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi üzrə mükəmməl biliklərə malik olma;
• MHBS üzrə biliyə malik olma;
• Şirkətin maliyyə-təsərrüfat fəaliyyətini bilmək;
• Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını bilməlidir;
• Maliyyə və mühasibatlıq üzrə ali təhsilin olması;
• Ən azı Maliyyə sahəsində 3 il, sığorta sahəsində 2 il iş təcrübəsinin olması;
• Excel biliklərinin üstün səviyyədə olması.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.