“MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” ASC ötən ildə mənfəətindən səhmdarlarına 700 min manat dividend ayırıb.
FED.az bu barədə BOKT-un hesabatına istinadən xəbər verir.
Bu 2022-ci ilə nisbətən 60 min manat və ya 8% azdır.
2022-ci ildə "MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” ASC səhmdarlarına 760 min manat dividend ayırmışdı.
Qeyd edək ki, səhm kapitalı 300 min manat olan BOKT-nin iki səhmdarı var. 70% (210 min 7 manat) ilə Camal Aydınov və 30% (90 min 3 manat) ilə Mədəd Rüstəmovdur.