Qeyri-Bank

Maliyyə şirkətininin mənfəəti 30 dəfə azalıb

Maliyyə şirkətininin mənfəəti 30 dəfə azalıb | FED.az
17:38 8 Okt 2018

2017-ci ildə “Kredit-Servis” BOKT-un (bank olmayan kredit təşkilatı) mənfəəti kəskin azalıb.

FED.az “Kredit-Servis” BOKT-un “Mənfəət və Zərər” haqqında hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə şirkətin faiz gəlirləri 2016-cı illə müqayisə də 44,01% azalaraq 187 min manat, verilmiş kreditlər üzrə əldə olan komissiya haqqı isə 35,02% artaraq 27 min manat olub. Sonda faiz gəlirləri ötən ilə nəzərən 39,54% azalraq 214  min manata enib. BOKT xarici valyuta mövqeyinin qiymətləndirilməsindən 41 min manat zərər edib, halbuki ötən il xarici valyutanın qiymətləndirilməsindən 117 min manat gəlir əldə edilmişdi. Əməliyyat və maliyyə əməliyyatlarının cəmi gəlirləri 2017-ci ildə ötən ilə nəzərən 62,92% azalaraq 175 min manat təşkil edib.

Xərclərə gəldikdə isə 2017-ci ilin yekunu üçün maliyyə xərclərinin cəmi 43 min manat olub. İşçi heyətinə çəkilən xərclərin cəmi 2016-cı ilə nisbətən 2017-ci ildə 1,43 dəfə azalaraq 94 min manat, inzibati xərclər 34,62% azalaraq 118,7 min manat təşkil edib.

Yekunda xalis mənfəət  2,7 min manat olub. Xatırladaq ki, 2016-cı ildə BOKT-un xalis mənfəəti 90 min manat olub ki, bu da 2017-ci ildə xalis mənfəətin 30 dəfəyə yaxın azaldığını göstərir.

FED.az “Kredit-Servis” BOKT-un “Balans” hesabatına əəsasən bildirir ki, 2017-ci ilin yekununda BOKT-un cəmi aktivləri 5,22% azalaraq 1 mln 649 min manat, cəmi kapital da 4,93% azalaraq  1 mln 619 min manata enib.

Xatırladaq ki, BOKT-un 2017-ci ildə nizamnamə kapitalı 1 mln 512 min manat olub.

Digər xəbərlər