“International” QSC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 2 milyon manat və yaxud 3 dəfə artırıb.
Eləcə də bax: “İnkişaf üçün maliyyə” nizamnamə kapitalından ən yaxşı istifadən edən BOKT-dur
FED.az xəbər verir ki, BOKT-un kapitalı 1 milyon manatdan 3 milyon manata çatıb.
Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd yeni səhm buraxılıb. Qiymətli kağızları kredit təşkilatının yeganə səhmdarı – Rifat Həsənov əldə edib.
Xatırladaq ki, “International” 2013-cü ildə yaradılıb. (Report)