İstehlak krediti götürərkən müştərilərin əsas diqqət yetirdikləri məqamlardan biri aylıq ödəniş məbləğidir. Bank Olmayan Kredit Təşkilatları (BOKT) arasında faiz dərəcələri və kredit şərtləri fərqli olduğuna görə, hər bir BOKT-un aylıq ödənişi məbləği də dəyişir.
5000 manatlıq istehlak krediti üzrə müxtəlif BOKT-ların aylıq ödənişlərini araşdırdıqda, faiz dərəcələri və ödəniş şərtlərinin BOKT-lara görə ciddi şəkildə fərqlilik yarandığı müşahidə olunur.
FED.az (BOKT-ların rəsmi veb səhifələrindəki kredit kalkulyatorunu əsasında) apardığı araşdırma əsasında hazırladığı məqalədə 18 aylıq kredit müddəti üçün ən çox və ən az aylıq ödəniş tələb edən BOKT-ların təklif etdiyi istehlak krediti məhsulunu təhlil edib.
18 ay müddətinə təklif edilən 5000 manatlıq istehlak krediti üçün ən yüksək aylıq ödəniş “İNTERNATİONAL BOKT”-a məxsusdur. Bu BOKT-un kredit kalkulyatoru üzərindən təklif etdiyi aylıq ödəniş 363,54 AZN təşkil edir. Növbəti bahalı krediti ilə seçilən BOKT "AzFinans" MMC-dir. Bu kredit təşkilatında 5000 min manat görə hər ay ödənilməli məbləğ 360,99 AZN təşkil edir. Növbəti yüksək ödəniş isə "FİNOKO" BOKT ASC-də müşahidə edilir. Bu təşkilatda aylıq ödəniş 348,35 AZN-dir.
"KredAqro" BOKTda vətəndaşlara bahalı kredit təklif edən BOKT-lar sirasındadır. Vətəndaş 5 min manata görə aylıq 340,18 AZN ödəməlidir. Bu 4 BOKT-da faiz dərəcələrinin yüksək olması, kredit götürənlər üçün əlavə maliyyə yükü yaradır və onları digər təşkilatlarla müqayisədə daha çox aylıq ödəniş etməyə məcbur edir.
Ən az aylıq ödəniş isə BOKT “EMBAFİNANS” QSC-də müşahidə olunur. Burada aylıq ödəniş 277,78 AZN təşkil edir ki, bu da siyahıdakı digər BOKT-lara nisbətən ən aşağı göstəricidir. Bu təşkilatın daha aşağı faiz dərəcəsi müştərilər üçün daha sərfəli kredit şərtləri təklif edir.
Siyahıda digər aşağı aylıq ödənişlər isə "NAS PROJECT BOKT" ASC və "TBC Kredit BOKT" MMC-dədir. "NAS PROJECT BOKT" ASC-də ödəniş 319 AZN, "TBC Kredit BOKT" MMC-də isə 317 AZN təşkil edir.
Ümumilikdə, BOKT-ların əksəriyyətində aylıq ödəniş 319,03 AZN civarındadır. Bu göstərici, “Azərbaycan Mikro-Kredit BOKT”, “Falcon Finance”, “FinEx Kredit”, “Finca Azerbaijan”, “İdeal Kredit” və daha bir neçə digər BOKT-larda müşahidə olunur.
Araşdırma göstərir ki, BOKT-lar arasında faiz dərəcələri və kredit şərtləri ciddi şəkildə fərqlənir. Faizlər yüksək olduqca, müştərilər daha çox aylıq ödəniş etmək məcburiyyətində qalır. Bu məqam kredit götürməzdən əvvəl müştərilərin BOKT-ların şərtlərini diqqətlə araşdırmasının vacibliyini vurğulayır.
Kredit kalkulyatoru üzərindən 5000 manatı 18 aya geri ödəmək şərti ilə BOKT-ların tələb etdiyi aylıq kredit ödənişi məbləğləri haqqında daha detallı aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
S/n |
Bank Olmayan Kredit Təkşilatları |
5000 min manat kreditə görə aylqı ödəniş məbləği |
1 |
İnternational BOKT |
363,54 AZN |
2 |
BOKT "AzFinans" MMC |
360,99 AZN |
3 |
“FİNOKO” BOKT ASC |
348,35 AZN |
4 |
"KredAqro" BOKT MMC |
340,18 AZN |
5 |
BOKT “AZKREDİT” ASC |
333,89 AZN |
6 |
BOKT "Falcon Finance" MMC |
319,03 AZN |
7 |
BOKT “İDEAL KREDİT” MMC |
319,03 AZN |
8 |
BOKT “İnkişaf üçün Maliyyə” MMC |
319,03 AZN |
9 |
“PREMİER KREDİT BOKT” MMC |
319,03 AZN |
10 |
Azərbaycan Mikro-Kredit BOKT” ASC |
319,03 AZN |
11 |
“TCF” BOKT ASC |
319,03 AZN |
12 |
“Prior Credit BOKT” ASC |
319,03 AZN |
13 |
MM “Finca Azerbaijan” QBKT |
319,03 AZN |
14 |
"FinEx Kredit" BOKT ASC |
319,03 AZN |
15 |
“NAS PROJECT BOKT" ASC |
319,00 AZN |
16 |
“TBC Kredit BOKT” MMC |
317,00 AZN |
17 |
BOKT “EMBAFİNANS” QSC |
277,78 AZN |