Azərbaycanda uğurla fəaliyyət göstərən beynəlxalq audit şəbəkəsi olan Reanda Azərbaycan şirkətinə ("Reanda International Network Limited"in tam üzvü) etibar edən maliyyə təşkilatlarının sayı durmadan artır.
Şirkətin İdarəedici partnyoru Rahim Manafovun FED.az saytına verdiyi məlumata görə, ölkənin tanınmış bank olmayan kredit təşkilatlarından olan “Brand Credit BOKT” MMC 2025-ci il maliyyə hesabatlarının auditi üzrə tendering elan edib və bu tenderin qalibi “Reanda Azərbaycan” elan olunub.
Qeyd edək ki, “Reanda Azərbaycan” MMC Azərbaycanın audit bazarında beynalxalq brend olaraq fəaliyyət göstərir. Şirkət beynəlxalq statuslu oldğuna görə müştəri portfoliosu çox zəngindir. Bura banklar, maliyyə institutları, xidmət, inşaat, nəqliyyat sahəsi, BOKT-lar və digər müəssisə və təşkilatlar daxildir.
Xatırladaq ki, Reanda International Network Limited" brendi dünyanın 60-dan çox ölkəsində 140 ofisi fəaliyyət göstərir. Beynəlxalq audit şirkətinin 6000-dən çox əməkdaşı, həmçinin 250 tərəfdaşı mövcuddur.










