Bank Olmayan Kredit Təşkilatı (BOKT) “Falcon Finance” MMC-nin İdarə Heyətinin sədri dəyişib.
“Finex Kredit” BOKT ASC-nin - SƏHMDARLARI TOPLANIR
FED.az xəbər verir ki, təşkilatın Müşahidə Şurasının qərarı ilə Muradov Fərid Vidadi oğlu 06 noyabr 2023-cü il tarixindən BOKT “Falcon Finance” MMC-nin İdarə Seyətinin Sədri təyin edilib.Fərid Muradov bank sahəsində əmək fəaliyyətinə 2010-cu ildə "Access Bank" QSC-də kredit mütəxəssisi kimi başlayıb. Daha sonra "Turan Bank" ASC-də müxtəlif vəzifələrdə, 2020-ci ildə "Para BOKT" ASC-də, 2022-ci ildə "Merkuri BOKT" QSC-də filial müdiri vəzifələrində çalışıb. 10.02.2023-cü ildən BOKT "Falcon Finance" MMC-də Kredit departamentinin direktoru vəzifəsində çalışıb. 06.11.2023-cü il tarixindən BOKT "Falcon Finance" MMC-də İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. 26.09.2013-cü il tarixli BKT-16 Saylı lisenziya əsasında fəaliyyət göstərən BOKT “Falcon Finance” MMC kredit bazarında fəaliyyət göstərir. Təşkilat biznes, istehlak, lombard, məişət kreditləri və lizinq təklif edir. (Marja)