01 dekabr 2023-cü il tarixində, saat 12:00-da Bakı şəhəri, S.Rüstəm küçəsi, 11 ünvanında yerləşən “Finex Kredit” BOKT ASC-nin Baş ofisində səhmdarların Növbədənkənar Ümumi Yığıncağının keçiriləcək.
FED.az xəbər verir ki, Səhmdarların Növbədənkənar Ümumi Yığıncağı 01 dekabr 2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri, S.Rüstəm küçəsi, 11 ünvanında yerləşən “Finex Kredit” BOKT ASC-nin Baş ofisində baş tutacaq.
Ümumi Yığıncağın gündəliyi aşağıdakı kimi nəzərdə tutulub:
1. Nizamnaməyə dəyişiklik;
2. Müşahidə Şurasının tərkibində dəyişiklik.