Azərbaycanın maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərinin dərc edilməsi layihəsi çərçivəsində FED.az ölkənin bank olmayan kredit təşkilatlarının - BOKT-ların aktivlərinin həcmi üzrə renkinqi təqdim edir.
FED.az-ın məlumatına görə, aktivlərinin həcmi 13,5 milyard manatı keçən «Aqrarkredit»i çıxmaq şərtilə, ən böyük aktiv göstəricisi «ParaBOKT»dadır. Ümumilikdə 45 BOKT-dan 5-nin aktivləri 23 milyon manatdan artıqdır. 24 BOKT-un aktivləri 1,4-8,6 milyon manat arasında dəyişir. 8 BOKT-un aktivi isə 1 milyon manatdan aşağıdır.
3 BOKT 2019-cu ildən fəaliyyətə başladığına görə, gostəriciləri mövcud deyil. 5 BOKT – “Gold Finance”, “Union Kredit”, “City Finance”, “Ekofinance” və “FinTrend” isə 2018-ci il üzrə göstəricilərini gizlədir.