Bank Olmayan Kredit Təşkilatı “Azkredit” Açıq Səhmdar Cəmiyyəti Hər birinin nominal dəyəri 100 manat olan 3000 ədəd adi, adlı, sənədsiz səhm buraxır.
FED.az bu barədə BOKT-un emissiya prospektinə istinadən xəbər verir.
Məlumata görə səhmlərin ümumi dəyəri 300 min manat təşkil edəcək.
Səhmlərlə təsbit olunan məhdudiyyətlər mövcud deyil. Təklifin səbəbi nizamnamə kapitalının artırılmasıdır. Əldə olunmuş gəlir emitentin dövriyyə kapitalının artırılmasına yönəldiləcəkdir. Gəlirlərin nəzərdə tutulan xalis məbləği 298 min 030manat təşkil edəcək.
Anderrayter “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir
Hazırda 3000 ədəd olmaqla səhmlərin 100 faizi Mahir Məmmədov İsmayıl oğluna məxsusdur.