Azərbaycanın maliyyə sektorunda bəzi şirkətlər öz maliyyə hesabatlarını gizlədirlər.
FED.az xəbər verir ki, bu hallar BOKT-larda müşahidə edilir. Belə ki, “Union Kredit”, “Ekofinance”, “FinTrend”, “Gold Finance” şirkətlər 2018-ci il üzrə illik hesabatlarını mətbuata açıqlamaqdan imtina edirlər.
Eləcə də bax:Azərbaycanda BOKT-ların – AKTİVLƏRİNİN DİNAMİKASI - RENKİNQİ – SİYAHI (2017-2018)
Şirkətlərin bəziləri bunu göstəricilərin yaxşı olmaması ilə izah edir, digərləri isə, ümumiyyətlə, heç bir münasibət bildirmir, sadəcə hesabatlarını açıqlamırlar.
Qeyd edək ki, ölkə qanunvericiliyinə görə BOKT-lar ildə azı bir dəfə əsas göstəricilərini ictimaiyyətə açıqlamalıdırlar.