2023-cü ilin oktyabrın 1-nə Azərbaycan kredit ittifaqlarının bölüşdürülməmiş xalis mənfəəti 2,2 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 milyon manat və ya 10% artıb.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan kredit ittifaqlarının bölüşdürülməmiş xalis mənfəəti 2 milyon manat olub.