2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) cəmi kapitalı 500,7 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
BOKT-ların cəmi kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə 126,6 milyon manat, yəni 33,8%, ötən ilin sonuna nəzərən 44,3 milyon manat, yəni 9,7%, son rüblə müqayisədə isə 49,9 milyon manat, yəni 11,1% artıb.
Kapitalın artımında həlledici rolu bölüşdürülməmiş xalis mənfəət oynayıb. Bu göstərici bir ildə 52,4 milyon manat (31,6%) artsa da, ötən ilin sonuna nəzərən 12,9 milyon manat (5,6%) azalaraq 218,2 milyon manata çatıb. Nizamnamə kapitalı da bir il ərzində 63,7 milyon manat (30,1%) artaraq 275,2 milyon manat təşkil edib.
Ehtiyatlar isə 8,5 milyon manatdan -2,1 milyon manata enib.
Xatırladaq ki, BOKT-ların cəmi kapitalı bu ilin iyulun 1-nə 450,8 milyon manat, ötən ilin sonunda 456,4 milyon manat, 2024-cü ilin iyulun 1-nə isə 374,1 milyon manat təşkil etmişdir.












