Banner

Qeyri-Bank

«Adımızdan girov götürürlər, inanmayın» - Azərbaycan maliyyə şirkətindən bəyanat

«Adımızdan girov götürürlər, inanmayın» - Azərbaycan maliyyə şirkətindən bəyanat | FED.az
10:39 9 Yan 2019

“Finex Kredit” Bank Olmayan Kredit təşkilatı (BOKT) ölkə vətəndaşlarına müraciət ünvanlayıb. Şirkətdən FED.az-a verilən məlumata görə, son zamanlar “Finex Kredit” Bank Olmayan Kredit təşkilatı adından fiziki şəxslərə müxtəlif formada vasitəçilik xarakterli xidmətlər təklif olunur: «O cümlədən qızıl-zinət əşyalarının girovu ilə lombard kreditləri üzrə vasitəçilik xarakterli təkliflər barədə bizə məlumat daxil olub».

“Finex Kredit” BOKT öz xidmətlərini yalnız rəsmi qeydiyyatdan keçmiş filialları və mərkəzi ofisi vasitəsi ilə təqdim edir. Əhalidən bu cür təkliflər barədə dərhal 050 228 92 86, 050 228 92 40 telefon nömrələrinə və yaxud rəsmi internet səhifəmizə məlumat vermələri xahiş olunur. 

«Əlavə olaraq qeyd edirik ki, “Finex Kredit” Bank Olmayan Kredit təşkilatı öz fəaliyyətini mövcud qanunvericiliyə, müasir maliyyə standartlarına və müştəri məmnunluğuna uyğun qurmuşdur.

Şirkət bütün fəaliyyəti dövrü ərzində beynəlxalq auditdən keçərək fəaliyyətinin nəticələrinin şəffaf şəkildə müvafiq qaydada tərəfdaşlarına və nəzarət orqanlarına təqdim edir»-deyə şirkət bildirir.

Digər xəbərlər

Banner