Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin informasiya və kommunikasiya texnologiyaları infrastrukturunun inkişaf etdirilməsi üçün avadanlıqların alınıb quraşdırılması məqsədiylə elan edilən təkliflər sorğusunun qalibi “ESTET” MMC olub.
FED.az rəsmi məlumata istinadən xəbər verir ki, qalib şirkət ilə ümumi dəyəri 2 883 400.8 manat olan müqavilə imzalanıb.