Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti Azərbaycan ərazisində 2018-2019-cu illərin ov mövsümünü bu gündən açıq elan edib.
FED.az xəbər verir ki, Azərbaycan ərazisində 2018-2019-cu illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:
Ov obyekti olan vəhşi heyvan və quş növü |
Ovlanma müddəti |
Adambaşına 1 dəfəlik norma |
Dağıstan turu |
26 may 2018-ci il – 13 oktyabr 2018-ci il |
1 baş (3 nəfərdən az olmayan qrup ovçulara) |
Qaban (Çöl donuzu) |
15 sentyabr 2018-ci il – 22 dekabr 2018-ci il |
1 baş (3 nəfərdən az olmayan qrup ovçulara) |
Dovşan |
17 noyabr 2018-ci il – 12 yanvar 2019-cu il |
2 baş |
Bataqlıq qunduzu (nutriya) |
06 oktyabr 2018-ci il- 16 fevral 2019-cu il (volyerlərdə saxlamaq üçün) |
Nutriya təsərrüfat- ları olan təşkilatlar üçün |
Cüllüt (ağquyruq çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla) |
15 sentyabr 2018-ci il – 24 noyabr 2018-ci il |
6 ədəd |
Qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla)
|
13 oktyabr 2018-ci il – 16 mart 2019-cu il |
1 ədəd |
Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla) |
13 oktyabr 2018-ci il – 16 mart 2019-cu il |
4 ədəd |
Qaşqaldaq |
13 oktyabr 2018-ci il – 16 mart 2019-cu il |
6 ədəd |
Alabaxta və bildirçin
|
24 avqust 2018-ci il- 17 noyabr 2018-ci il |
6 ədəd |
Azərbaycan ərazisində bəzi heyvanların (çaqqal, yenot, ala qarğa və sağsağan) saylarının tənzimlənməsi məqsədilə müvafiq icazə əsasında il boyu ovlanmasına icazə var.
Vəhşi heyvan və quşların sayını tənzimləmək məqsədilə ov edilməsinə aşağıda göstərilən rayonların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:
- qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Qusar, Xaçmaz, Neftçala, Yardımlı, Şəki və İsmayıllı;
- dağıstan turu - Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Oğuz;
- dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı;
- vəhşi quşlar - yalnız ovçuluq təsərrüfatlarının ərazilərində və ya xüsusi müəyyən olunmuş ov sahələrində.
Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər və digər sərhədyanı və ya cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitariya-mühafizə zonalarında ov qadağan edilib.