“Amen” MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb.
Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlıq kapitalının 60%-i təsisçi Elbrus Nağıyev Sucayət oğluna və 40%-i Vahid Nazirov Sabir oğluna məxsusdur.
40%-lik paya sahib olan Vahid Nazirov Sabir oğlu nizamnamə kapitalındakı 40 manat təsisçi payını götürərək təsisçilikdən çıxıb. O, gələcəkdə Cəmiyyətə qarşı heç bir iddiasının olmayacağı barədə ərizə verib.
Qeyd edək ki, “Amen” MMC 2015-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Abdullayev Abdulla Əşrəf oğludur. Şirkət Ucar rayonu, 20 Yanvar, ev.16/19 hüquqi ünvanında yerləşir.














