“Roba Giyim Deri ve Tekstil Sanayi Dış Ticaret Limited” Şirkətinin Azərbaycandakı filialı (VÖEN: 1703982981) ləğv olunur.
Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma ilə əlaqədar kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 9a, mənzil 1 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkətə ötən ilin may ayında VÖEN verilib. Şirkətin qanuni təmsilçisi Əliyeva Aytən Ələkbər qızıdır.
Bildirək ki, “Roba Giyim Deri ve Tekstil Sanayi Dış Ticaret Limited” Şirkəti əsasən tekstil sənayesi sahəsində fəaliyyət göstərir. Şirkətin əsas istiqaməti xarici geyim əşyalarının topdansatış ticarətidir.














