Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib.
ABŞ-da Demokratların seçki qələbəsi İlon Maskın şirkətlərini vurdu – Səhmləri çökür
FED.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına əsasən, Maskın maliyyə itkilərinin böyük hissəsi "SpaceX" şirkətinin səhmlərinin ucuzlaşması ilə əlaqədardır. Nəticədə sahibkarın sərvəti 20 milyard dollardan çox azalıb.
İtkilərin digər hissəsi isə "Tesla" səhmlərinin dəyərdən düşməsi, eləcə də Maskın Respublikaçılar Partiyasına dəstək məqsədilə sərf etdiyi vəsaitlə bağlıdır.














