Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edir. FED.az xəbər verir ki, tender 14 lot üzrə keçiriləcək.
Lot-1. Qobustan rayonu, Sündü kənd 360 şagird yerlik tam orta məktəbin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot-2. Ağcabədi rayonu, Xocavənd kənd 2 nömrəli 180 şagird yerlik tam orta məktəbin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot-3. Ağdam rayonu, Zəngişalı kənd 640 şagird yerlik tam orta məktəbin bərpa-gücləndirmə və əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot-4. Ağsu rayonu, Ərəbuşağı kənd 240 şagird yerlik tam orta məktəbinin bərpa-gücləndirmə və əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot-5. Cəlilabad rayonu, Kazımabad kənd 420 şagird yerlik tam orta məktəbin əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot-6. Hacıqabul şəhəri 864 şagird yerlik 5 nömrəli tam orta məktəbin əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot-7. Lənkəran rayonu, Zövlə kənd 640 şagird yerlik tam orta məktəbin bərpa-gücləndirmə və əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot-8. Sabirabad rayonu, Türkədi kənd 264 şagird yerlik tam orta məktəbin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot-9. Samux rayonu, İnstitut qəsəbə 960 şagird yerlik tam orta məktəbin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot-10. Şirvan şəhəri 320 şagird yerlik 21 nömrəli tam orta məktəbin əsaslı təmiri üçün layihə-smeta sənədlərin hazırlanmasının satın alınması.
Lot-11. Siyəzən şəhəri 760 şagird yerlik 2 nömrəli tam orta məktəbin əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot-12. Yardımlı şəhəri 180 şagird yerlik 4 nömrəli tam orta məktəbin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot-13. Yevlax rayonu, Qoyunbinəsi kənd 432 şagird yerlik tam orta məktəbin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması.
Lot-14. Təhsil müəssisələrinin qazlaşdırılmasının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini imzalanıb möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçıların ixtisas göstəriciləri, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 150 (bir yüz əlli) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 nömrəli ünvandan (əlaqələndirici şəxs-Fərhan Əliyevdən, telefon-(+99412) 465 73 48 ala bilərlər:
Təşkilat- Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi
Bankın adı- “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
- tenderdə iştirak üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin 1-ci əlavəsi kimi tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı-bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- iddiaçılar haqqında tələb olunan sənədlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- analoji işlərdə təcrübəsi, maliyyə, texniki və kadr imkanları barədə rəsmi məlumatlar.
İddiaçılar 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 22 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 iyul 2019-cu il saat 17.00-а qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 30 iyul 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tikinti şirkətlərinin "üzü gülür" - 13 məktəb tikiləcək - TENDER ELANI - SİYAHI
10:15
29 İyun 2019