Azərbaycanın inhisarçı dəmiryol operatoru olan "Azərbaycan Dəmir yolları" QSC- nin əməkdaşlarının sayı azalmaqdadır.
FED.az biznes və maliyyə xəbərləri portalı dəmiryolunun ayıqladığı məlumata istinadən xəbər verir ki, son bir ildə "Azərbaycan Dəmir yolları" QSC-nin 300 əməkdaşı işdən azad edilib. Təkcə 2026-cı il başlayandan indiyədək qurumun əməkdaşlarının sayında 175 nəfər azalma var.
"Azərbaycan Dəmir yolları" QSC-nin açıqladığı məlumata görə, 2026-cı ilin 3-cü rübünün sonuna qurumun əməkdaşlarının sayı 4212 nəfər təşkil edib. Son bir rubdə qurumda işçilərin sayı 58 nəfər azalıb. Xatırladaq ki, ilin əvvəlində "Azərbaycan Dəmir yolları" QSC-də 4387 nəfər işləyirdi. Yəni bu dövrdə azalma 175 nəfər olub.
Keçən ilin bu vaxtı isə qurumun əməkdaşlarının sayı 4513 nəfər idi. Yəni il ərzində azalma 299 nəfər olub.
Ümumilikdə isə dəmiryollarında işçilərin azalması fasiləsiz olaraq 2 ilə yaxındır ki, davam edir. Məsələn 2024-cü ilin 3-cü rübündə qurumda 4849 nəfər çalışırdı, o vaxtkı rəqəmləri nəzərə alsaq, son 2 ildə dəmiryol işçilərinin sayı 637 nəfər azalıb.













