Maliyyə Nazirliyinin 1080 günlük – 3 illik istiqrazlarının satışı üzrə növbəti hərracı uğursuzluqla nəticələnib.
FED.az xəbər verir ki, nazirlik 200 milyon manatlıq istiqrazlarını hələ sentyabr ayından satmağa çalışır, amma hər dəfə investorların daha yüksək faiz gəliri istəyi ilə qarşılaşır.
Belə ki, 22 sentyabrda keçirilən hərracda 200 milyon manatlıq istiqrazlara investorlar tərəfindən 257 milyon manat sifariş gəlmişdi, amma dərhşal məlum oldu ki, istiqrazların gəlirliyi ilə bağlı nazirlik və invesatorların gözləntiləri üst-üstə düşmür. Nazirlik istiqrazlara illik 7% gəlirlilik tanısa da, investorlar belə uzun müddətə pulları 7%-lə yerləşdirmək istəmədilər. Nəticədə 257 milyon manatlıq sifarişin cəmi 10,3 milyon manatı reallaşdırıldı.
Sentyabrın 29-da vəziyyət təkrarlandı – 200 milyon manatlıq istiqrazlara 267 milyon manat, yəni daha çox sifariş gəlsə də, hər iki tərəf mövqelərini dəyişmədilər – nəticədə 267 milyon manat sifarişə qarşı yalnız 19,6 milyon manatlıq istiqraz almaq mümkün oldu.
Oktyabrda bu sahədə irəliləyiş oldu – Nazirliyin 200 milyon manatlıq təklifinə 207 milyon manat tələb gəldi. Tələb az olsa da, onun bir hissəsi reallaşdı – bu dəfə 94,6 milyon manatlıq istiqraz satıldı.
Oktyabrın 13-də keçiirlən hərrac isə bir mənalı qiymətləndirmək mümkün deyil. 200 milyon manatlıq istiqraza qarşqı cəmi 196,4 milyon manatlıq sifariş daxil olsa da, onun 48,5 milyon manatını yerləşdirmək baş tutub.
Nəhayət, bu gün, oktyabrın 20-də keçirilən hərracda, 200 milyon manatlıq istiqrazlara qarşı 223 milyon manatlıq tələb formalaşıb, onun cəmi 53 milyon manatı yerləşdirilib.
Ümumilikdə, Maliyyə Nazirliyi son bir ayda istiqraz hərracına hər dəfə 200 milyon manat olmaqla 800 milyon manatlıq istiqraz çıxarsa da, bunlardan 225 milyon manatlıq hissəsi satılıb – orta yerləşdirmə faizi 28% olub.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, hazırda büdcədə vəsaitlərə kəskin tələbat yoxdur. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, sentyabrın sonuna büdcədə təqribən 4 milyard manata yaxın artıqlıq yaranıb. Bu həm büdcə gəlirlərinin artımı, həm də xərclərə qənaət hesabına əldə edilib.













