"Texnologiyalar əldə etmək və yeni biznes modellərini sınaqdan keçirmək mümkündür. Lakin burada müştəri etimadı ən vacib məsələlərdən biridir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "Bir Ekosistemi"n Baş İcraçı Direktoru Fərid Hüseynov tədbirdə deyib.
Fərid Hüseynov qeyd edib ki, müştərilərin gözləntilərini nəzərə aldıqca anlayırıq ki, onların etimadını hər gün yenidən qazanmalıyıq:
"Mən hesab edirəm ki, gələcəyin ən dəyərli valyutası məhz müştərilərin və digər maraqlı tərəflərin etimadı olacaq".















