“Qarabağ Universitetinin Klinikası” PHŞ (VÖEN: 8800019171) tender elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində mobil (səyyar) klinikanın satın alınması nəzərdə tutulub. Bunun üçün dövlət qurumu 674 min 960 manat vəsait ayırıb.
Tenderdə iştirak haqqı 450 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: İsa Sadaylı / Satınalma üzrə mütəxəssis / [email protected] / +994 55 285 35 11
Şərtlərə görə, səyyar klinikanın texniki göstəriciləri aşağıdakı kimi olmalıdır:
1. Təkər formulu: 4x2;
2. Tam kütləsi (GVW): min. 18000 kq;
3. Şassinin yük götürmə qabiliyyəti: min. 12000 kq;
4. Mühərrik gücü: min. 275 a.g.;
5. Emissiya standartı: Avro 5 (və ya daha yüksək);
6. Transmissiya: Mexaniki (min. 6 irəli pilləli);
7. Təhlükəsizlik sistemləri: ABS və EBL;
8. Kabinə təchizatı: Kondisioner, radio, təhlükəsizlik kəmərləri;
9. Zəmanət: min. 3 il və ya 150000 km;
10. Qabarit ölçüləri (uzunluq*en*hündürlük): təqribən 9361 x 2470 x 2838 mm;
11. Xüsusi tələblər bölməsində qeyd edilən tibbi təchizatlar.














