"Son günlərdə Azərbaycandakı müəyyən infrastrukturlara qarşı kifayət qədər genişmiqyaslı DDoS hücumlarının həyata keçirildiyini eşitmiş ola bilərsiniz. Sevindirici haldır ki, birgə səylər nəticəsində bu hücumların qarşısını almaq mümkün olub".
Azərbaycanda bəzi dövlət qurumlarının saytlarında – PROBLEM YARANIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "Bir Ekosistemi"n Baş İcraçı Direktoru Fərid Hüseynov deyib.
O, qeyd edib ki, bu, həqiqətən də mühüm məsələdir:
"Əvvəllər də risklərin idarə edilməsi sisteminin sabit və etibarlı olması bizim üçün vacib idi. İndi isə hesab edirəm ki, daim dəyişən şəraitə uyğunlaşa bilən, çevik risklərin idarə edilməsi sistemi daha böyük əhəmiyyət kəsb edir".
"Bu, xüsusilə Kapital Bank və bütövlükdə ekosistemimiz üçün vacibdir. Çünki biz Azərbaycanda yaşayan 5 milyondan çox vətəndaşa, eləcə də ölkəmizdə fəaliyyət göstərən xarici vətəndaşlara xidmət göstəririk. Bu, bir tərəfdən böyük imkanlar yaradırsa, digər tərəfdən üzərimizə ciddi məsuliyyət qoyur", - deyə o, əlavə edib.















