Bu ilin 30 sentyabr tarixinə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli 74 003 milyon ABŞ dolları təşkil edib.
FED.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% və ya 3 842,7 milyon ABŞ dolları artıb.
Hesabat dövrünün sonuna Fondun investisiya portfelinin 34,7%-i istiqrazlar və pul bazarı alətlərinin, 25,8%-i səhmlərin, 32,8%-i qızılın, 6,7%-i isə daşınmaz əmlak və infrastruktur investisiyalarının payına düşüb.
Qızıl investisiyalarının həcmi 184,8 ton təşkil edib. (Apa)













