Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun müəyyən hissələrində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) FED.az-a bildirilib ki, məhdudiyyət Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan yol hissəsini əhatə edir.
Əks istiqamətdə isə oktyabrın 19-da saat 08:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən təmir işləri başa çatanadək alternativ yollardan istifadə etmələri xahiş olunur.













