Azərbaycanda oktyabrda üç un istehsalçısı 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətini sentyabrla müqayisədə 40 qəpik–1 manat arasında azaldıb.
Çörəyin hansı növlərinin satışı ƏDV-yə cəlb olunur?
FED.az xəbər verir ki, bu, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyininin məlumatında bildirilir.
“Ungrano” MMC unun qiymətini 28 manatdan 27 manata endirib. Bu, 3,6% ucuzlaşma deməkdir. “PAK-NUR” firmasında qiymət 28,50 manatdan 27,70 manata, yaxud 2,8%, “Dəvəçi-Dəyirman” MMC-də isə 27,20 manatdan 26,80 manata, yaxud 1,5% azalıb. Siyahıdakı digər istehsalçıların qiymətləri dəyişməyib.
Avqustun 20-si ilə müqayisədə isə qiymətini azaldan istehsalçıların sayı dörddür. Adıçəkilən üç müəssisə ilə yanaşı, “Taxıl AQRO” MMC də sentyabrda 50 kiloqramlıq un kisəsinin qiymətini 28,30 manatdan 28 manata endirib və oktyabrda həmin səviyyədə saxlayıb. Beləliklə, avqust–oktyabr müqayisəsində siyahıdakı 27 sahibkarlıq subyektindən dördündə ucuzlaşma qeydə alınıb, qiymət artımı olmayıb.
Oktyabrın 19-na olan məlumata əsasən, siyahı üzrə 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26,50–29,40 manat arasında dəyişir. Ən aşağı qiymət “Dəvəçi-Taxıl” MMC-də, ən yüksək qiymət isə “Azeri-Arapoğlu U.S.və T.LTD” birgə müəssisəsində qeydə alınıb.

















