Paytaxtın Binəqədi qəsəbəsinin 10 May küçəsini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 92 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.
FED.az xəbər verir ki, AYNA-nın yaydığı məlumatda bildirilir ki, marşrut xəttində avtobusların bir qismi bu ilin aprel ayında yenilənmişdi. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.
Oktyabrın 14-dən marşrut üzrə 14 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan nəqliyyat vasitəsi sərnişinlərin xidmətində olacaq.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.













