“ABB-Asset Management” MMC (VÖEN: 1407717501) Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni yaradılan şirkətin nizamnamə kapitalı 1 milyon manat təşkil edir.
Şirkətin qanuni təmsilçisi Eminov Həsən Etibar oğlu olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ev.67 ünvanında yerləşir. Xatırldaq ki, ölkənin ən böyük bankı olan “ABB Bank” da eyni hüquqi ünvanda yerləşir.















