Tikinti şirkəti “Elips-R LTD” MMC məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkət barəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalari əleyhinə olan (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən hər bir ağacın və ya kol əkililərinin qanunsuz kəsilməsi) inzibati xəta protokolu tərtib olunub.
Protokol İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə irəli sürülüb.
Həmin maddəyə görə, fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.
İşə Nəsimi Rayon Məhkəməsində Anar İbadzadə hakim təyin edilib.