Azərbaycanda ən çox kommersiya mübahisəsi olan sahələr məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə Ali Məhkəmənin Kommersiya kollegiyasında 614 kommersiya mübahisəsinə baxılıb.
Baxılmış işlərin kateqoriyasına görə, ən çox mübahisə kredit müqavilələri üzrədir, bu məsələ ilə bağlı 151 işə baxılıb. İkinci yeri al-ısatqı mübahisələri tutur – 102 iş. İcarə müqaviləsi üzrə mübahisələr 61 dəfə, podrat işləri mübahisələri isə 29 dəfə araşdırılıb.
2025-ci ildə kommersiya məhkəmələrində vergidən yayınma ilə bağlı 35 işə baxılıb. Bunların hamısı vergi borcu olan qşəxsin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı olub. Daha 29 iş mülkiyyət mübahisələri barədə olub.
Alə Məhkəmədən verilən məlumata görə, kommersiya məhkəmələrində baxılardan sonra yenidən baxılan 614 işdən 111-də, yəni 18%-də qərar qəğv edilib. 498 iş üzrə məhkəmə aktının dəyişdirilmədən saxlanılması, 5 iş üzrə məhkəmə aktının dəyişdirilməsi qərara alınıb.
Ali Məhkəmədə qərarların dəyişdirilmə dərəcəsi ən yüksək olan işlər mülkiyyət mübahissləri üzrədir – burada qərarların 38%-i ləğv edilib. Torpaq mübahisələri üzrə qərarlarnın 33%-i ləğv edilib, yəni 12 işdən 4-ü ləğv olunub.
Digər işlərdə isə ləğv etmə əmsalı 20%-dən çox deyil. Məsələn kredit mübahisəsi üzrə 151 işdən 23-də qərar ləğv edilib ki, bu da 20%-dir. Vergi borcuna görə ölkədən çıxışa qadağa qoyulan qərarların isə cəmi 9%-i ləğv edilir – 35 belə qərardan yalnız 3-ü ləğv olunub.
Mülkiyyət hüququ ilə əlaqədar mübahisələrin sayı 29, torpaq münasibətlərindən irəli gələn mübahisələrin sayı 12, korporativ mübahisələrin sayı 18, təbii inhisar subyektlərinin iştirak etdiyi mübahisələrin sayı 20, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələrin (müflisləşmə) sayı 3, əqli mülkiyyət hüququ ilə bağlı mübahisələrin sayı 2, xüsusi icraat qaydasında baxılan işlərin sayı 39, sair kommersiya mübahisələrinin sayı 73 olub.
Baxılmış işlərin kateqoriyaları üzrə daha ətraflı:





![Azərbaycanda ən çox məhkəmə mübahisələri - [red]KREDİTLƏRLƏ BAĞLIDIR – SİYAHI[/red] | FED.az](upload/news/small/2651061.jpg)
![Azərbaycanda ən çox məhkəmə mübahisələri - [red]KREDİTLƏRLƏ BAĞLIDIR – SİYAHI[/red] | FED.az](upload/news/small/1553957.jpg)








