“Mayak Mebel” MMC məhkəməyə verilib.
FED.az xəbər verir ki, buna səbəb Gömrü Qaydaları Əleyhinə Olan İnzibati Xətalardır.
Belə ki, “Mayak Mebel” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə (Gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma) protokol tərtib olunub.
İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə görə gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən 150 faizinədək məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür.
2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxılarkən nəzarət markası olmayan malların, məmulatların və məlumat materiallarının hər birinə görə hesablanaraq tətbiq edilən inzibati cərimənin ümumi məbləği bu Məcəllənin 25.4-cü maddəsində nəzərdə tutulmuş məbləğdən artıq ola bilməz.
İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Zamiq Bağırovun icraatındadır.