"Grand Mart" MMC-yə ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə görə İstehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhər Nəsimi Rayon məhkəməsində Elməddin Hüseynovun sədrliyi ilə baxılır.
Məhkəmə ilə bağlı baxış iclası 30.01.2023-cü ildə 10:50-də baxılır.
Əlavə məlumat üçün qeyd edək ki, "Grand-Mart" MMC 01.08.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizmanamə kapitalı 12 019 700 manatdır. Qanuni təmsilçisi Ramil Məmmədov Əşrəfov oğludur. Hüquqi ünvanı Az1040, Baki Şəhəri Sabunçu Rayonu, Bakixanov Ştq, Bəşir Bünyadov (Bakixanov Qəs.), -də yerləşir.