2024-cü ilin ilk üç ayı ərzində Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 1065 layihənin maliyyələşdirilməsinə 43,1 milyon manat güzəştli kredit verilib.
FED.az xəbər verir ki, bu ilin ilk üç ayı ərzində sahibkarların invesitisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə "Bank Respublika" ASC, "Yelo Bank" ASC, "Rabitəbank" ASC, "AccessBank" QSC və "Aqrarkredit" QSC fərqlənib.
Həmin dövrdə verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən müvəkkil kredit təşkilatlarına isə "Bank Respublika" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Yelo Bank" ASC, "Rabitəbank" ASC və "PAŞA Bank" ASC daxildir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.