Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.
AMB-dən verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il iyun ayının 1-nə 4 mlrd. 825,4 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 541,1 mln. dollar və ya 12,63% çoxdur. May ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 206,1 mln. dollar və ya 4,46% artıb.
Сari ilin əvvəlindən artım 851 mln. dollar və ya 21,41% olub.