Azərbaycanda cari əməliyyatlar hesabı 2031-ci ilə kimi profisitli olacaq.
İcmal və dövlət büdcələrinin icrasına dair operativ məlumat
FED.az xəbər verir ki, bu, 2027-ci il dövlət büdcəsinin zərfində əksini tapıb. Hökumət tərəfindən Azərbaycanda cari əməliyyatlar hesabının profisitinin 2027-ci ildə 1 milyard 750,8 milyon ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.
Sənədə əsasən, cari əməliyyatlar hesabının profisitinin 2028-ci ildə 503 milyon dollar, 2029-cu ildə 902 milyon dollar, 2030-cu ildə isə 1 milyard 333,5 milyon dollar təşkil edəcəyi gözlənilir.
Beləliklə, 2028-ci ildən sonra Azərbaycanın cari əməliyyatlar hesabının müsbət saldosunun ardıcıl iki il artacağı proqnozlaşdırılır.













