Azərbaycanda dövlət büdcəsinin ehtiyat fondunun vəsaitinin büdcə gəlirlərinə nisbətinin yuxarı həddinin 5 %-dən 7 %-ə çatdırılması nəzərdə tutulur.
Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir
FED.az xəbər verir ki, bu, "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd, 2027-ci ilin büdcə zərfinə daxildir.
Xatırladaq ki, 2027-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 410 milyon manatı və yaxud 1 %-i ehtiyat fondlarına ayırmaların payına düşəcək. Bu, 2026-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən eynidir.
O cümlədən, Prezidentin ehtiyat fondu yenə də 300 milyon manat, büdcənin ehtiyat fondu isə 110 milyon manat təşkil edəcək.
Gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir. (Report)













