"CDB Bank" ilə birləşdikdən (konsolidasiya olunduqdan) sonra "AtaBank"ın aktivləri 607,3 mln. manat təşkil edəcək. Bunu bugünkü mətbuat konfransında bankın İdarə Heyətinin sədri Dəyanət Quliyev bildirib.
Onun sözlərinə görə, bu göstərici ilə "AtaBank" 31 bank arasında 8-ci yerə yüksəlib. Bankın kredit portfeli 546,1 mln. manata çatıb və ölkə bankları arasında 4-cü yeri tutub.
"Bankın müddətli əmanət portfeli 375,2 mln. manata, fiziki şəxslərin əmanətləri isə 222,7 mln. manata çatıb", - deyə bankir bildirib. Sədr əlavə edib ki, bankın cəmi kapitalı 142,7 mln. manatdır və bu göstərici ilə "AtaBank" sektorun 4-sü ola bilib.
D.Quliyev bildirib ki, konsolidasiya prosesindən sonra bankın nizamnamə kapitalı 87,7 mln. manata çatıb. Bankın mənfəəti 2,5 mln. manat səviyyəsindədir. "Bank konsolidasiya prosesini yekunlaşdırmaq üzrədir. Hazırda "AtaBank"ın heç bir xarici öhdəliyi yoxdur", - deyə sədr qeyd edib.