Azərbaycanda fəaliyyət göstərən 32 bankın 30 aprel 2017-ci il tarixinə cəmi aktivləri 30,779.2 milyon manat, cəmi öhdəlikləri 28,031.6 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından FED.az-a verilən məlumata görə, sektorun balans kapitalı 2,747.6 milyon manatdır. Əhalinin əmanətləri 6,847.5 milyon manat həcmindədir.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 140, POS-terminalların sayı 2,493-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,214 nəfər təşkil edir.
2017-ci ilin 30 aprel tarixinə olan bank sektorunun əsas göstəricilərini aşağıdakı linkdə izləyə bilərsiniz:
http://fed.az/home/getfile/28472
Bank sektorunun icmal göstəriciləri AÇIQLANIB
10:38
2 İyun 2017