2017-ci ilin yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 7,4% artaraq 524,7 manat təşkil etmişdir. Əmək haqqı neft sektorunda 3083,4 manat, qeyri-neft sektorunda 464,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 391,8 manat, özəl müəssisələrdə isə 711,8 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.