Rusiyada fəaliyyət göstərən bankların kredit portfelinə görə renkinqi açıqlanıb. 2017-ci ilin yanvarın 1-nə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) Rusiyadakı törəməsi olan "ABB-Moskva" MMC-nin kredit portfelinin həcmi 10,8 mlrd. rubl təşkil edir.
Bu göstərici ilə törəmə bank renkinqin 162-ci pilləsində qərarlaşıb. 2015-ci ili "ABB-Moskva" MMC 91-ci pillədə yekun vurub.
Rəqəmlərin təhlili göstərir ki, bankın kredit portfelinin 8,5%-i korporativ kreditlərin, 2,3%-i isə fiziki şəxslərə verilmiş kreditlərin payına düşür.
2017-ci ilin əvvəlinə vaxtı keçmiş kreditlərin portfeldəki payı 31,8% təşkil edib. 2016-cı ilin əvvəlinə bu göstərici 5,9% olub.